Biz kimik
BİZ ŞƏHƏR MÜHİTİNİN BİR HİSSƏSİYİK
Biz insanları həm şəhərlərdə, həm də markalarda, mallarda, xidmətlərdə istiqamətləndirən təsirli bir naviqasiya sistemiyik;
Biz insanların diqqətini bu və ya digər mesajlara yönəldirik.
Biz xidmət və istehsal şirkətiyik və şəhərlərimizə, həmçinin müştərilərimizə xeyir gətirmək məqsədimizdir.
ADV Production MMC – ölkə ərazisində açıq hava reklamı sahəsində fəaliyyət göstərən 3 ən böyük şirkətdən biridir. Şirkətimiz bu sahədə 2001-ci ildən fəaliyyət göstərir və bu müddət ərzində bir çox uğurlara imza atmışdır. Şirkətimiz əhatə dairəsinə görə ölkənin ən öndə olan açıq hava reklamı operatorudur.
Həmçinin şirkətimiz istehsal sahəsi üzrə ölkəmizdə led işıqlandırma məhsullarının istehsalı üzrə ilk və yeganə yerli istehsalçıdır. Bundan əlavə şirkətimiz çətin mühəndis həlləri tələb edən müxtəlif növ və ölçüdə konstruksiyaların, kreativ metal və taxta məhsullarının istehsalı üzrə fəaliyyət göstərən bir studiyadır.
Bu sahədə fəaliyyətimiz 2014-cü ildən başlamışdır. Şirkətimizin özünə məxsus istehsal müəssisəsi 15 000 m2 sahəni əhatə edir. Həmin müəssisədə reklam fəaliyyəti üçün xidmət göstərən 750 m2 qapalı ərazi istifadə olunur. Bundan əlavə müxtəlif təyinatlı servis maşınları, qaldırıcı səbət və təmizlik işləri üçün texniki avadanlıqlar texniki personalın xidmətindədir.
Şirkətin əsas baş ofisi Bakı şəhərində, ikinci bir texniki personal üçün nəzərdə tutulan ofisi istehsal müəssisəsində Abşeron rayonu ərazisində yerləşir.
Adv Production şirkəti bir xidmət mərkəzidir.
Şüarımız: "Tanıtım yolunda bütün ehtiyaclarınız üçün bir mənbə".
Məsləhət, planlaşdırma, analiz və geomarketinq sahələrini əhatə edirik;
Dizayn, istehsal və servis xidmətləri də təqdim edirik ki, bu səbəbdən yerli media kompaniyalar arası peşəkar, hərtərəfli koordinasiyanı təmin edə bilərik.
Biz özümüzü sadəcə reklam yayıcı deyil daha üstün mövqedə görürük - yenilikçi, tətbiqetmə və xüsusi reklam formaları vasitəsilə mesajları istehlakçılara çatdırırıq.
Davamlılıq - həm reklam daşıyıcılarının daha da modernləşdirilməsi, həm də istifadə olunan materialların dözümlülüyü əsas prioritetlərimizdən biridir.
Hədəfimiz sürətli maksimum mənfəət əsasında deyil, uzunmüddətli strategiyalar sayəsində xidmətlərimizi, servisimizi və reklam daşıyıcılarımızın keyfiyyətini davamlı artırmaqdır.
Adv Production şirkəti ilk olaraq 2009-cu ildə Azərbaycana ən müasir reklam qurğusu sayılan roller tipli reklam qurğuları gətirmiş və 2014-cü ildən isə öz müəssisəsində onların Azərbaycanda ən yüksək tələblərə uyğun istehsalını qurmuşdur. Halhazırda şirkətin istifadəsində olan roller tipli qurğular onların Almaniya standartları analoqundan heç nə ilə fərqlənməyən yerli istehsal məhsuludur və uzun illərdir ki müştərilərə xidmət göstərir. Bu qurğular xüsusi innovativ texnika ilə təchiz olunmuş və rütubətli havada avtomatik olaraq işıqların qoşulması və yaranan istilik nəticəsində rütubətin minimuma endirilməsi, həmçinin elektrik ani kəsilərkən avtomatik olaraq ekranı tam təsvir üzərində saxlamaq, elektrik yenidən qoşularkən bütün təsvirləri avtomatik olaraq yenidən yoxlayaraq hər hansı bir zədələnmə baş vermədiyi halda təsvirlərin yayımını davam etdirmək xüsusiyyətlərinə malikdir.
Biz öz işimizi sevirik və fəaliyyətimizdən zövq alırıq. Məqsədimiz fəaliyyətimizin uzun müddət insanlara yüksək keyfiyyətlə xidmət etməsidir.

