Bilbordlar

Bilbordlar bir tərəfin reklam səthi 2-4 x 4-8 m ölçüdə ayrıca dayaq üzərində, hündürlüyü 2,2-8 m ölçüdə olur. Bilbordların reklam səthi sabit-hərəkətsiz olur və xüsusi yumşaq materiallarda çap olunmuş təsvirlər statik, sabit lövhələrdə yerləşdirilir. Bilbordlar adətən şəhər yolları və magistral yolların kənarında yerləşdirilir. Bilbordlar ən populyar reklam daşıyıcılarından biri hesab olunur. Çünki onlar adətən iri səthli və sabit təsvir vurulmuş lövhələrdir, həmin ərazidən keçən bütün insanların görməsi və bir neçə saniyə içərisində orada olan informasiyanın çatdırılması üstünlüyü var.