Divar pannosu

Divar pannoları - yumuşaq materiallar üzərində çap olunmuş bütov lövhə şəklində bina və tikililərin hamar divar müstəvisinə yerləşdirilmiş açıq məkan reklam vasitələridir. Bu reklam vasitələri bağlama elementlərindən, çərçivədən və yumşaq çap materialından ibarətdir.
Reklam pannoları həmçinin açıq ərazilərdə yerləşən xüsusi, müvəqqəti və ya stasionar tikililərdə, eləcə də binaların, tikililərin xarici səthlərində təmir vaxtı qurulmuş xüsusi konstruksiyalarda yerləşdirilən reklam xarakterli qrafik, mətn və ya digər məlumatlar formasında ola bilər.
Divar pannolarının ölçüləri adətən yerləşdiriləcəyi səthin ölçülərinə uyğun tənzimlənir.