Təmizlik
Açıq hava reklamlarının təmizliyi və qüsursuz görüntüsü sifarişçilərə keyfiyyətli xidmətimizin bir hissəsidir.Bu işləri həyata keçirmək üçün şirkətimizin professional servis komandası, özünə məxsus olan maşın, avadanlıq və texnikaları mövcuddur ki bu da bütün işləri və öhdəlikləri operativ və keyfiyyətlə həyata keçirməyə imkan verir.
Reklam daşıyıcılarının şüşələrinin minimum su ilə və ilin hər fəslinə uyğun qrafik üzrə daimi olaraq yuyulması fəaliyyətimizin bir hissəsidir.
Küçədə, sürətli avtomobil yolları kənarında təmkinlə işləyirik, əsasən gecə vaxtlarına və ya pik saatlarından kənar vaxtlara üstünlük veririk, təhlükəsizlik təlimatlarına və prosedurlarına diqqətlə əməl edirik.
Effektivlik, dəqiqlik və sürət, etdiyimiz hər işin amalıdır.