İnnovasiyalar
Yüksək səmərəlilik və tərəqqi məqsədilə yeniliyin tətbiqi, başqa sözlə insanın intellektual fəaliyyətinin, kəşfinin, ixtirasının son nəticəsinin və ya təkmilləşdirilmiş halının cəmiyyətə təqdim edilməsi zamanımızın aktual trendlərindən biridir.Məqsədyönlü, dəqiqləşdirilmiş, kollektiv nəticənin məhsulu olaraq innovasiyanın məramı daha çox praktiki tətbiq səciyyəlidir, iqtisadi inkişafın ölçüsü artdıqca innovasiya anayışı daha məzmunlu əhəmiyyət kəsb edir.
Açıq məkan reklamı açıq hava mühitində insanları marka, məhsul və xidmətlər haqqında məlumatlandıran, onlara kömək edən təsirli bir naviqasiya sistemidir. Bu sahədə Adv Production şirkəti olaraq səylərimizi insanın rahat hiss edəcəyi müasir vizual informasiya aləminin yaradılmasına yönəldirik.
İnsanların müştərilərimizin reklamına diqqət yaratmaq məqsədlərimizdən biridir. Bu məqsəd üçün daim yeniliklərin və innovasiyaların məhsullarından faydalanmağa çalışırıq. Mümkün qədər faydalı olmaq üçün şəhər mühitinə ahəngdar şəkildə inteqrasiya etməyə çalışırıq. Şəhər sakinlərinə fayda vermək və bunu gözəl etmək istəyirik.
İnnovasiya davamlı dəyişən ehtiyacları qabaqcadan görməyə, şəhərin ümumi dizaynına töhfə verməyə və ümumi şəhər dizaynının bir hissəsi olan küçə mebelləri-açıq hava reklam daşıyıcılarının muasir, daha baxımlı olmasına kömək edir.
Adv Production şirkəti ilk olaraq 2009-cu ildə Azərbaycana ən müasir reklam qurğusu sayılan roller tipli reklam qurğuları gətirmiş və 2014-cü ildən isə öz müəssisəsində onların Azərbaycanda ən yüksək tələblərə uyğun istehsalını qurmuşdur. Halhazırda şirkətin istifadəsində olan roller tipli qurğular onların Almaniya standartları analoqundan heç nə ilə fərqlənməyən yerli istehsal məhsuludur və uzun illərdir ki müştərilərə xidmət göstərir. Bu qurğular xüsusi innovativ texnika ilə təchiz olunmuş və rütubətli havada avtomatik olaraq işıqların qoşulması və yaranan istilik nəticəsində rütubətin minimuma endirilməsi, həmçinin elektrik ani kəsilərkən avtomatik olaraq ekranı tam təsvir üzərində saxlamaq, elektrik yenidən qoşularkən bütün təsvirləri avtomatik olaraq yenidən yoxlayaraq hər hansı bir zədələnmə baş vermədiyi halda təsvirlərin yayımını davam etdirmək xüsusiyyətlərinə malikdir.
Şirkətin öz istehsalı olan monitorlarda daha effektiv görüntü yaratmaq üçün gündüz vaxtı işıq şəffaflığı artıb hava qaranlıqlaşmağa doğru getdikcə şəffaflığın zəifləməsi prosesi gedir ki, bu da sürücülərdə və piyadalarda diskomfort yaratmır.
Yerləşmə nöqtəsi və görüntü məsafəsindən asılı olaraq monitorlar 6-8 və ya 10 piksel ölçüsü ilə hazırlanır.