WWW.ADV.AZ
ADVERTISING AGENCY
ƏSAS > DİGƏR XİDMƏTLƏR

DİGƏR XİDMƏTLƏR

   Açıq hava reklamı, yüksək professionalizm və yaradıcı yanaşma tələb edən prosesdir - axı reklam kampaniyasının məhz zahiri görünüşü onun hərəkətə gətirilməsində və, müvafiq olaraq, uğurlu fəaliyyətində həlledici rol oynayır.

   Həqiqətən effektiv və yaddaqalan reklamın yaradılmasında əsas mərhələ - sifarişçi ilə tanışlıq və onun istəklərinin öyrənilməsidir. Kompaniyamızın mütəxəssisləri düzgün qərar qəbul etməkdə Sizə kömək edəcək, açıq hava reklamının dizaynına aid incəliklərdən danışacaqlar.

   Açıq hava reklamına müxtəlif elementlər daxildir ki, onlar küçədə yerləşdirildikdə reklamın maksimal insan tərəfindən görmək amili nəzərə alınır. Açıq hava reklamının hazırlanmasında müəyyən üsullardan istifadə olunur ki, onlar şirkətin unikallığını, onun müştərilərə təklif etdiyi məhsul və xidmətlərin zəruriyyətini vurğulayır. Növbəti mərhələ - reklam maketinin hazırlanması və onun, sifarişçini tam qanə edəcək vəziyyətə çatdırılmasıdır. Bundan sonra küçələrdə yerləşdiriləcək reklam qurğularının bilavasitə istehsalı və montajına başlanılır.

   Açıq hava reklamının montajı - kompaniyada açıq hava reklamı üzrə hər növ işləri icra edir (fasadların hazır təməlinə və istənilən konstruksiyaya - prizma, skroller, bilbord, laytboks, transporant və s. reklamın quraşdırılması). Açıq hava reklamının montaj işləri çoxillik təcrübəyə malik olan peşəkar, məhz küçə reklamı üzrə ixtisaslaşan mütəxəssislər tərəfindən həyata keçirilir. Binanın texniki xarakteristika və montaj edilən obyektin ölçülərindən asılı olaraq quraşdırma işləri sənayə alpinistlərinin və xüsusi texnikanın istifadəsilə də aparıla bilər. İllər boyu açıq hava reklamı sahəsində əldə etdiyimiz zəngin təcrübə montaj işlərini ilin hər fəslində, istənilən hava şəraitində, hündürlükdə və istənilən növ binalarda həyata keçirməyə imkan verir.

bakcell1

BC

HC

HC1

IN

BX

ÇAP VERSİYASI