Adv.az

DAŞIYICILARIN NÖVÜ

PANNOLAR

PANNOLAR

Brandmauer (Panno), sözün əsl mənasında, reklam üçün «doğulub».
Alman dilindən tərcümədə brand – yanğın, mauer isə divar deməkdir. Brandmauer - yanğından mühafizə üçün alovlanmayan materiallardan tikilən pəncərəsiz divardır. Lakin brand sözünun başqa mənası da var – ticari marka, brend. Brend divarı isə, həqiqətən, reklam markasının yerləşdirilməsi üçün ən gözəgəlimli yerdir.
İriformatlı reklam lövhəsi binanın divarını tamamilə örtərək, hədəf kütlə ilə kontaktı və reklam informasiyanın çatdırılmasını 100% təmin edir. Sizi çox-çox uzaqdan görüb heç vaxt unutmayacaqlar. Açıq hava reklamının digər növlərinə yuxarıdan aşağı baxan brandmauer, qeyri-standart iri ölçüləri və kreativ ideyalar üçün sonsuz imkanları ilə əsl reklam bombası effektini yarada bilər!