WWW.ADV.AZ
ADVERTISING AGENCY

DAŞIYICILARIN NÖVÜ

MONİTORLAR

MONİTORLAR

Bildiyimiz kimi, açıq məkanda monitorlarda reklamın yerləşdirilməsi müasir zamanın tələbinə çevrilmişdir. Belə ki, monitorlarda reklamın yayımı reklamın mahiyyətini istehlakçılara daha açıq, aydın və müxtəlif təsvirləri ilə çatdırmaq imkanı yaradır.

Məlumat üçün bildirmək istəyirik ki, Bakı şəhərinin müxtəlif ərazilərində şirkətimizə məxsus monitorlar mövcuddur ki, həmin monitorlar şəhər əhalisi arasında böyük rəğbət qazanmışdır. Rənglərin möhtəşəmliyi və LED monitorunun mükəmməl görünüşü reklam olunan məhsulun olduğu kimi istehlakçıya çatdırılması üçün ən gözəl vasitədir. Zənnimizcə, müasir monitorlarda reklamın yayımı müasir zamanın tələbidir və biz bu tələbdən yararlanmaq üçün müştərilərimizə müxtəlif imkanlar təklif edirik. Bizim monitorlarımız keyfiyyəti, rənglərin müxtəlifliyi, görünüşü və saxlanılma şəraitinə görə digər monitorlardan seçilirlər.

 

Şirkətimizdə, müştərilərimiz üçün monitoralarda reklamın yayımı üçün müxtəlif paketlər mövcuddur ki, hər bir reklam verici bu imkanlardan yararlana bilsin. Həmin paketlərdə günlərin müxtəlif vaxtlarında reklam yayımı üçün prioritet vaxtlar mövcuddur ki, həmin vaxtlar da müştərilərimizin istəyinə əsasən dəyişir.

ÇAP VERSİYASI