WWW.ADV.AZ
ADVERTISING AGENCY
ƏSAS > HAQQIMIZDA

HAQQIMIZDA

 

 Azərbaycanda açıq hava reklamı haqqında  məlumat! 

       ADV PRODUCTION şirkəti açıq hava reklamı və müxtəlif kreativ məhsulların istehsalı (www.adpro.az) sahəsində ixtisaslaşmış bir studiyadır. Şirkətimiz 2001-ci ildən açıq hava reklamı sahəsində fəaliyyət göstərir. Hal-hazırda fəaliyyət sahəmiz Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisini əhatə edir. Şirkətimizin adv.az saytı vasitəsilə Azərbaycanda ilk dəfə olaraq açıq hava reklamının bütün növləri üzrə ən dolğun informasiyaları, Bakı şəhəri və onun ətrafında şirkətimizə məxsus reklam daşıyıcılarının dislokasiyası, yerləşmə fotoları və xəritədə yeri haqqında tam məlumat əldə edə bilərsiniz.

   Məqsədimiz - sifarişçilərin maksimal rahatlığını təmin etmək, onlara açıq hava reklamının yerləşdirilməsi üçün optimal qiymətlərlə ən effektiv variantlar təqdim etməkdir. Buna nail olmaq məqsədilə biz Azərbaycanda reklam sahələrinin satışı ilə məşğul olan bütün iri şirkətlərlə həmkarlıq edirik.

   Siz adv.az saytına daxil olaraq müvafiq kateqoriyada ( bilbord, meqalayt, skroller və s. ) istənilan reklam daşıyıcısını araşdırıb, hazırda mövcüd olan boş reklam yerləri haqqında dolğun məlumat alacaq və münasib variantı seçə biləcəksiniz. Bundan əlavə, seçdiyiniz açıq hava reklamının sıra nömrəsini qeyd edərək elektron poçt və ya telefon vasitəsilə öz sifarişinizi edə bilərsiniz.

 

 

 

advaz

 

ÇAP VERSİYASI